Vaxt.Az

Edisonun qorxusu


 

Lampanı icad edən alim qaranlıq kabusu

Edisonun qorxusu İlk dəfə 1820-ci ildə fransız alimi Delaryu teli platindən hazırlanmış belə bir lampanı nümayiş etdirdi. Ancaq ondan sonra 50 ildən çox bu lampadan istifadə olunmadı. Çünki tel üçün əlverişli olan ucuz metal tapılmırdı. Bu tarixdən sonra da lampalarla bağlı müxtəlif təcrübələr aparılırdı. Ancaq bu lampaların ömürləri çox qısa olduğu üçün qısa bir vaxtda unuduldu.

1879-cu ildə məşhur ABŞ ixtiraçısı Tomas Edison ( 1847-1931 ) elektrik lampasını təkmilləşdirdi və “kütləvi istehsal üçün” yararlı olan uzunömürlü lampa ixtira etdi. Şüşə balonda havanın az olduğu mühitdə kömürləşmiş karbon liflərindən ibarət tel közərirdi. Nəticədə daha parlaq və uzunömürlü Edison lampaları meydana çıxdı. Edisonun bu kəşfindən 3 il sonra Nyu-York küçələri artıq onun lampaları ilə işıqlandırılırdı. Üstəlik, bu, Edisonun minlərlə kəşfindən biri olsa da, onun ən böyük kəşfi kimi tarixə düşdü. Qeyd edək ki, lampanı icad edən Tomas Edisonun özü qaranlıqdan qorxurdu.

Hazırda elektrik lampalarında çətin əriyən 3385°C közərən volfram metalından istifadə olunur. Bu metal tellərdən keçən cərəyan teli o qədər isidir ki, o, vakuum şəraitində işıq saçmağa başlayır və nəticədə lampa işıqlanır.

 





19.03.2019    çap et  çap et