Vaxt.Az

“Putinin getməsini gözləməliyik”


 

Ukrayna prezidentliyinə ən real namizəd Krımın geri qaytarılmasından danışdı

“Putinin getməsini gözləməliyik” Ukraynada keçiriləcək prezident seçkilərində qalib gəlməyə ən şanslı namizəd sayılan aktyor və prodüser Vladimir Zelenski Krımı yenidən ölkəsinin tərkibinə qaytarmağın yolunu bilmədyini etiraf edib.

Yerli “Ictv” kanalına müsahibəsində Vladimir Zelenski bunun üçün Rusiyada Putin hakimiyyətinin dəyişməsini gözləməyin lazım olduğunu söyləyib.

Ukraynalı siyasətçi prezident Pyotr Poroşenkonun Krımı geri qaytarmaqla bağlı atacağı addımlar barədə sözlərinin yalan olduğunu da bildirib.

V.Zelenskini fikrincə, Ukrayna öncə işğal olunmuş ərazilərdə informasiya savaşını qazanmalıdır.

“Biz bu sahədə çox iş görməliyik. Gəlin, “DXR və LXR”-in nəzarət etdiyi bölgələrdə yaşayan əhaliyə öz sözümüzü çatdıraq. Ölkədə rusdilli xəbərlərin yayımı artmalı, Avropa və ABŞ səviyyəsində rusdilli kanalların ofisləri açılmalıdır.

Onlara siz “ukraynalısınız”, “bizlərdən birisiniz” deməyi bacarmalıyıq”, - deyə prezidentliyə namizəd qeyd edib.

 





24.03.2019    çap et  çap et