Vaxt.Az

“Biz nə edəcəyik?”


 

Qərbi düşündürən və qorxudan sual

“Biz nə edəcəyik?” NATO önəmli qərarlar verib. Birincisi, NATO Polşada tikintisinə 260 milyon dollar xərcləyərək hərbi anbar tikəcək. Bu anbar ABŞ-ın Şərqi Avropadakı əməliyyatlarına dəstək məqsədilə tikiləcək. Polşa buna çoxdan çalışır. Çünki Varşava özünü Rusiya təhlükəsindən qorumaq istəyir. Polşa – Rusiya münasibətlərinin yaxın tarixi də bundan xəbər verir.

İkincisi, NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Bloku Qara dənizdəki fəallığını artıracaq. Məqsəd Rusiyanın bu bölgədəki aqressiv hərəkətlərini önləməkdir. NATO baş katibi onu da deyib ki, Şimali Atlantika Bloku Ukraynaya və Gürcüstana əməli dəstəyi artacaq. Stoltenberq bunu belə izah edib: “Ukraynanın və Gürcüstanın hərbi hazırlıqlarını gücləndirəcəyik, o cümlədən bu iki ölkənin dəniz qüvvələrin bacarıqlarının artırılmasına yardım edəcəyik”.

Beləliklə, Ukrayna və Gürcüstan addım-addım NATO üzvlüyünə yaxınlaşırlar. Hər iki dövlət Azərbaycanın strateji tərəfdaşlarıdır. Bu baxımdan Ukraynanın və Gürcüstanın NATO üzvlüyünə biz də hazırlaşmalıyıq ki, həmin gün yetişdikdə “biz nə edəcəyik” sualına qəfil yaxalanmayaq.

 





02.04.2019    çap et  çap et