Vaxt.Az

Cəbhə bölgəsində dəhşətli yanğın


 

Əhaliyə külli miqdarda ziyan dəyib

Cəbhə bölgəsində dəhşətli yanğın Ötən gün Füzuli rayonu ərazisində dəhşətli yanğın baş verib. Sakinlərin “Qafqazinfo”ya verdiyi məlumata görə, rayon Əbdurrəhmanlı kəndi ərazisindəki taxıl sahələrində bəlli olmayan səbəblərə görə yanğın baş verib. Sat 16.00 radələrində baş verən yanğın axşam saatlarına kimi davam edib və böyük bir ərazini əhatə edib. Hadisə yerinə rayonun yanğınsöndürənləri və həmçinin Aqroservisin traktorları cəlb olunub. Yanğın gecə saatlarında söndürülüb.

Sakinlərin məlumatına görə, baş vermiş hadisə nəticəsində 50 hektardan çox taxıl sahəsi yanıb. Torpaq sahələrinin sahiblərinə külli miqdarda zərər dəydiyi bildirilir.

 





06.06.2013    çap et  çap et