Vaxt.Az

“Bakıdan çəkinirlər”


 

Qondarma “ombudsman” Azərbaycanın gücünü etiraf etdi

“Bakıdan çəkinirlər” Ermənistan parlamentində işğal altındakı Dağlıq Qarabağ torplaqların da insan hüquqları ilə bağlı vəziyyət müzakirə olunub. Vaxt.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağda yaradılmış qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan insan hüquqlarının ağır vəziyyəti barədə danışıb.

Beqlaryan etiraf edib ki, Azərbaycanın sərt mövqeyi beynəlxalq təşkilatları Qarabağdakı rejimlə əməkdaşlıqdan çəkindirir.

“Çoxsaylı beynəlxalq təşkilatlar Qarabağöla bağlı layihələrini icra etməkdən imtina edir. Onların əsas arqumenti qorxu deyil, rəsmi Azərbaycanın reaksiyası ilə bağlıdır”.

Separatçı qurum "rəsmisi" bəzi hallarda Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı Azərbaycanda cinayət işinin açılmasını da beynəlxalq investorları qorxudan fakt adlandırıb.

 





30.04.2019    çap et  çap et