Fransız dilində çıxan Nouvelles Armenie nəşrinə istinadən verdiyi məlumata görə, Grenobl inzibati məhkəməsi Dağlıq Qarabağdakı işğalçı kukla rejimi nümayəndələrinin Fransada kommunalarla imzaladığı daha dörd "dostluq nizamnaməsi"ni ləğv edib.
Daha əvvəl yazdığımız kimi, Arnuvil şəhərinin meri rəsmi səlahiyyət həddini aşmaqda və mərkəzləşdirilmiş əməkdaşlığı tənzimləyən qanunları pozmaqda təqsirli bilinib.
Qrenobl inzibati məhkəməsi tərəfindən göstərilən arqumentlər, demək olar ki, eynidir: belə xartiyalar Fransanın xarici siyasətinə ziddir və heç bir gücə malik deyil.