Vaxt.Az

«Ay Allah, qol-zad olmasın!»


 

«Lülə, tikə, dana basdırması istəyirəm»

«Ay Allah, qol-zad olmasın!» Bu gün Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində Azərbaycan derbisi - «Neftçi» - «Qarabağ» oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu turun ən prinsipial qarşılaşması öncəsi Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev sosial şəbəkələrdən birində bu matçla bağlı maraqlı status paylaşıb.

Oyun haqda 3 nəfərin - «Qarabağ»ın mətbuat xidmətin rəhbəri Nurlan İbrahimovun, «Neftçi»nin mətbuat katibi Gündüz Abbaszadənin və özünün düşündüklərini paylaşıb:

Gündüz Abbaszadə: «Ay Allah, bir dənə bu gün «Qarabağ»ı udaq, qoy çempion edə bilməsinlər onları. Bir dənə udaq, heç nə istəmirəm. Elə sevinəcəm, elə sevinəcəm, nətəriii!»

Nurlan İbrahimov: «Bu oyunu udsaq, sevincimdən uçacam eyy! Gündüzə nə acıq verərəm, oyundan sonra gəlib məni qələbə münasibətilə təbrik edər. Çempionlar Liqası bizi gözləyir. 3 ildi onları çempion edirlər. Bu il çempion olaq, heç nə istəmirəm».

Aslan Şahgəliyev: «Yeri, göyü yaradan, Sənə qurban olum. Bal alanın da, bal satanın da... Bir dənə bu gün penaltidən, ofsayddan qol-zad olmasın, yoxsa səhərə kimi işdə qalacam. Axşam ad gününə getməliyəm. Penalti olsa, yenə tort yeməyə çatacam. Lülə, tikə, dana basdırması istəyirəm».

 





28.02.2014    çap et  çap et