Vaxt.Az

Bütün xərclər qarşılanacaq


 

Mehriban Əliyeva Elçibəyin xanımının vəfatı haqda

Bütün xərclər qarşılanacaq Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.

Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirilir ki, Fond yas mərasimi ilə bağlı xərcləri öz üzərinə göturub.

Xatırladaq ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.

 





15.06.2019    çap et  çap et