Vaxt.Az

Neft və İran


 

Tramp ilə Məhəmməd bin Salmanın müzakirə etdiyi mövzular dəyişmədi

Neft və İran ABŞ Prezidenti Donald Tramp ilə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub. Danışıq zamanı qlobal neft bazarlarında Səudiyyə Ərəbistanın rolu ilə İran məsələsinin müzakirə olunduğu bildirilib.

Ağ Evdən, Tramp ilə Məhəmməd bin Salman arasındakı telefon danışığına dair yazılı açıqlama verilib.

Açıqlamada, “İki lider Yaxın Şərqdə və qlobal neft bazarlarında sabitliyin təmin olunmasında Səudiyyə Ərəbistanının həlledici rolunu müzakirə ediblər. Bundan başqa, İran rejiminin gərginliyi artıran davranışlarından qaynaqlanan təhdidlər də müzakirə edilib”, - ifadəsinə yer verilib.

ABŞ rəhbərliyi, səudiyyəli jurnalist Camal Qaşıqçının 2 Oktyabr 2018-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi prosesində Məhəmməd bin Salmana verdiyi dəstəyə görə tənqid edilmişdi.

Bundan başqa, ABŞ Konqresi, Trampın rəhbərlik etdiyi hökumətin Yəməndə davam edən müharibədə Ər-Riyada verdiyi hərbi dəstəyi dayandırmasını nəzərdə tutan bir qanun layihəsini qəbul etmiş, lakin layihəyə Tramp tərəfindən veto qoyulmuşdu.

 





22.06.2019    çap et  çap et