Vaxt.Az

Mehriban Əliyevaya Quran hədiyyə olundu


 

Azərbaycanın birinci xanımı bir sıra obyektlərdə əsaslı təmirdən sonrakı şəraitlə tanış olub

Mehriban Əliyevaya Quran hədiyyə olundu Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Xəzər, Nəsimi və Binəqədi rayonlarındakı bir sıra obyektlərdə əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.

Mehriban Əliyeva əvvəlcə Xəzər rayonunun Binə qəsəbəsindəki İmam Rza məscidində yenidənqurmadan sonrakı vəziyyətlə tanış oldu. Məscidin axundu hacı Həsən Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə etdi. Birinci xanım Binə sakinləri ilə söhbət etdi. Sakinlər qəsəbədə görülən işlər, həyata keçirilən layihələrə görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Sonra Mehriban Əliyeva Nəsimi rayonundakı 74 və 92 nömrəli, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 298 nömrəli uşaq bağçalarında əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış oldu. Birinci xanım görülən işlərdən razılığını bildirdi.

 





07.06.2013    çap et  çap et