O, bildirib ki, əgər baş nazir seçilərsə, ya Brüssellə Brexit danışıqlarını sentyabrın sonuna kimi başa çatdıracaq, ya da heç bir razılaşma olmadan İttifaqı tərk edəcək. Hant həmçinin “Brexit” hazırlıqları ilə məşğul olan “Whitehall” rəsmilərinə avqust ayında istirahətə getməyə icazə verməyəcəyini bildirib. “Avropa İttifaqı bilməlidir ki, Brexitin uğurlu olması üçün lazım olanı edəcəyik”, - deyə o bəyan edib.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri postu uğrunda iki namizəd - Ceremi Hant və Boris Conson mübarizə aparır.