Vaxt.Az

Paşinyanın adından NATO-ya məktub


 

“Bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq...”

Paşinyanın adından NATO-ya məktub İnternetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun Baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq.

“Ermənistanın NATO-ya yaxınlaşmasının yolunda əsas maneə erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılmasına və ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumunun keçirilməsi təklif olunacaq”, - məktubda deyilir.

Məktub iyulun 1-də hansısa Artur Qriqoryanın adından Gosnews.ru adlı saytda “Ermənistanda yeni inqilab qaçılmazdır” başlıqlı şərhi ilə yerləşdirilib. Şərhdə deyilir ki, Paşinyan hakimiyyətə gələndən bəri verdiyi vədlərə əməl edə bilməyib, üstəlik Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır.  Həmin müəllif məktubun yerləşdirildiyi keçidi məqaləyə daxil edib:

 





05.07.2019    çap et  çap et