Vaxt.Az

“Putini ona görə söydülər ki...”


 

Jirinovski: “Gürcüstanda ABŞ hərbi aviasiyasını yerləşdirmək üçün bəhanə lazımdır”

“Putini ona görə söydülər ki...” Gürcüstandakı vəziyyətin gərginləşməsinin hədəfləri Moskva-Tbilisi münasibətlərini gərginləşdirmək, Gürcüstanda ABŞ hərbi aviasiyasını yerləşdirmək üçün bəhanə hazırlamaqdır.

Bunları öz Teleqram kanalında Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski bəyan edib.

“Gürcüstandakı situasiyanın gərginləşdirilməsinin əsas səbəbləri rusları buradan yekun olaraq çıxarmaq, Moskva-Tbilisi münasibətlərini gərginləşdirmək, Gürcüstanda ABŞ hərbi aviasiyasını yerləşdirmək üçün bəhanə hazırlamaqdır. Nəticə olaraq bu aviasiyadan İranın bombardmanı üçün istifadə ediləcək”, - deyə V.Jirinovski bildirib.

 





09.07.2019    çap et  çap et