Vaxt.Az

“QADINCA”


 

GünAz TV-də yeni veriliş başlayıb

“QADINCA” Güney Azərbaycan Televiziyasında (GünAz TV) qadınlarla bağlı yeni veriliş yayımlanmağa başlayıb.

“Qadınca” verilişində qadınların ictimai-siyasi məsələlərə baxışı, Güney Azərbaycan Milli Hərəkatında qadınların rolu, qadın hüquqları və s. kimi mövzular müzakirə olunacaq.

Yeni veriliş hər həftə cümə günü Təbriz vaxtı ilə saat 20:30-da Azərbaycan türkcəsində canlı olaraq yayımlanacaq.

“Qadınca”nın birinci bölümü ötən həftə, iyulun 5-də xanım Məhsa Mehdizadə (Mehdili) və Alov İnannanın qatılımı ilə keçirilib.

 





10.07.2019    çap et  çap et