Vaxt.Az

İranda su elektrik stansiyasında qəza


 

Güclü yanğın külli miqdarda ziyan vurub

İranda su elektrik stansiyasında qəza İranın Əndimeşk şəhərində, Dez su səddinin üzərində yerləşən su elektrik stansiyasında güclü yanğın baş verib.

Dünən günorta saatlarında başlayan yanğın təxminən 3 saatdan artıq bir müddətdə söndürülüb. Hadisə nəticəsində 1 yanğınsöndürənin yaralandığı və xəstəxanaya yerləşdirildiyi deyilir.

İran Fövqəladə Hallar Nazirliyinin Xuzistan bölməsinin yaydığı bəyanata əsasən, yanğına səbəb su elektrik stansiyasının avadanlıqlarından birində yaranmış nasazlıq olub. Dəyən ziyanın miqdarının yüksək olduğu bildirilir.

 





25.07.2019    çap et  çap et