Vaxt.Az

Tanker insidenti Qara Dənizə də sıçradı


 

Rusiyaya məxsus gəmi Kerç boğzaından keçməyə qoymurmuş

Tanker insidenti Qara Dənizə də sıçradı Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiyaya məxsus NEYMA tankerini saxlayıb. Bu barədə qurumun “Facebook” səhifəsində məlumat yayılıb.

Qeyd olunur ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneçilik törətdiyi üçün saxlanılıb. “Beynəlxalq dəniz hüququ normalarına zidd olaraq, RF FTX sərhəd qoşunlarının hərbçiləri qanunsuz şəkildə, silahdan istifadə etməklə Ukraynanın hərbi gəmilərinin Kerç boğazındakı hərəkətinə NEYMA tankeri ilə mane olublar”, - məlumatda deyilir.

UTX-nin məlumatına görə, hazırda həbs üçün vəsatət hazırlanır. Xidmətdə onu da bildiriblər ki, bu cür hərəkətlər nəticəsində 2018-ci ilin noyabr ayında Ukraynanın hərbi gəmiləri və 24 dənizçi saxlanılmışdı.

Məlumata əsasən, Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. UTX-dən bildirildiyinə görə, NEYMA gəmisinin adı dəyişdirilərək NIKA SPIRIT qoyulub ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı bəlli olmasın”. Tankerdə axtarış aparılıb, heyət üzvlərinin ifadəsi alınıb. (virtualaz.org)

 





25.07.2019    çap et  çap et