Vaxt.Az

“Yalançılığa göz yummuruq”


 

Con Bolton: “Riyakar rəsmilərə dözməyəcəyik”

“Yalançılığa göz yummuruq” Amerika Birləşmiş Ştatları prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Zərifə qarşı sanksiyalar qoyulmasına münasibət bildirib.

O, bu qərarı alqışlayıb və maksimum təzyiq siyasətinin bir hissəsi adlandırıb. Öz şəxsi “Twitter” səhifəsində yazdığı statusda Bolton prezident Trampın İranın şər addımlarına qarşı təzyiq siyasətinin davam edəcəyini bir daha vurğulayıb.

“Birləşmiş Ştatlar yalançılıq edən, terroru dəstəkləyən və günahsız iranlılara zülm edən fasid və riyakar rəsmilərə dözməyəcək”, - deyə Bolton əlavə edib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyin avqustun 1-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiyalar siyahısına salındığı barədə məlumat yaymışdı.

 





03.08.2019    çap et  çap et