Vaxt.Az

Honq Konq qorxusu


 

Çin ABŞ-ı hədələdi: “Qanuna qarşı tədbirlər görüləcək”

Honq Konq qorxusu Çin Xarici İşlər Nazirliyi tərəfindən, “Honq Konq İnsan Haqları və Demokratiya Qanunu”nun ABŞ Nümayəndələr Palatasında qəbul edilməsinə dair açıqlama verilib. Açıqlamada, sözügedən qanun layihəsinin qüvvəyə minməsi vəziyyətində cavab tədbirləri üçün "sərt qarşı tədbirlər" görüləcəyi qeyd olunub.

Açıqlamada ABŞ-ın Honq Konq qanununu keçirməsi vəziyyətində Çin - ABŞ münasibətlərinin zərər görəcəyi bildirilib. Bununla yanaşı "sərt əks tədbirlər" ilə bağlı detallı məlumat verilməyib.

 Çinin açıqlamasında, Honq Konqdakı tədbirlərin insan haqları və demokratiyanın məhdudlaşdırılması ilə bağlı deyil, zorakılığın qarşısının alınması ilə bağlı olduğu qeyd edilib.

 Dünyanın ən böyük iki iqtisadiyyatının ticarət razılaşmasına çalışdığı bir dövrdə, son hadisələr iki ölkə arasında əlaqələrin daha da kəskinləşdiyini göstərir.

 





16.10.2019    çap et  çap et