Vaxt.Az

Göydən pul «yağacaq»


 

Azərbaycan ilk süni peykindən nə qədər gəlir götürüb?

Göydən pul «yağacaq» “Azərbaycan telekomunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb”. Bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir.

“Artıq 5 milyon dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.
Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.
“Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.

 





03.06.2013    çap et  çap et