Vaxt.Az

“Ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın”


 

Mehriban Əliyeva: “Hamıya bayram əhval-ruhiyyəsi arzulayıram”

“Ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın” Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Vaxt.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.

 





20.03.2020    çap et  çap et