Vaxt.Az

Güclü külək gözlənilir


 

Temperatur aşağı düşəcək ...

Güclü külək gözlənilir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən virtualaz.org-a verilən məlumata görə, aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 





04.04.2020    çap et  çap et