200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq “seçki” saxtakarlığına etirazını bildirib.
Aksiya iştirakçıları “seçkilərin” nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, “polis rəisi” Levon Mnatsakanyan və “Təhlükəsizlik Şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər.
Narazı ermənilər “seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.
Azvision.az xatırladır ki, Qarabağdakı separatçı qurum martın 31-də “prezident və parlament seçkiləri” keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək “seçkiləri” tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın “seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.