Vaxt.Az

AQTA-dan çağırış


 

Heyvan kəsimini mərkəzləşdirilmiş sexlərdə aparmaq tövsiyə olunur

AQTA-dan çağırış “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli Sərəncama əsasən küçələrdə, yol kənarlarında, antisanitar şəraitdə heyvan kəsimi və ət satışı fəaliyyəti qadağan olunub.

“COVİD-19” infeksiyasının sürətlə yayıldığı dövrdə heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, küçə və yol kənarlarında həyata keçirilməsi insan sağlamlığı üçün xüsusilə təhlükə yaradır.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hüquq mühafizə orqanları və yerli icra orqanlarının əməkdaşları ilə birgə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydləri davam etdirirlər.

Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri kəsimi mərkəzləşdirilmiş heyvan kəsimi sexlərində həyata keçirməyə, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmağa səsləyir.

 





11.04.2020    çap et  çap et