Vaxt.Az

Peyvənd gözləniləndən tez hazır olacaq


 

Koronavirusla bağlı bir şok, iki şad xəbər

Peyvənd gözləniləndən tez hazır olacaq Koronavirusun (COVİD-19) 3 fərqli növü insanlardakı immun sistemini yenmək üçün sürəkli mutasiyaya uğrayır…

İngiltərə, Kembric (Cambridge) universitetində alimlər keçən ilin dekabrından bu ilin martına qədər koronavirusun keçmişini araşdırdılar. Və ortaya virusun 3 fərqli növü (!!!) çıxdığını gördülər.

Analizlər pangolin və yarasadan sıçrayan növün A tip olduğunu göstərdi. Yəni orijinal olan növ budur. Ancaq…

Ancaq Çində yayılan tip bu deyil. Pandemiyanın başlanğıcından Çində meydan sulayan B tipidir.

Nəticələrə görə ortaya heyrətamiz bir şey çıxır - A tip virus ABŞ və Avstraliyada yayılmış olandır. Bu virus Amerikada 500 mindən çox insana bulaşıb (ABŞ-da pozitiv çıxanların 2/3-si A tipdir). O zaman virusun çıxdığı yer Amerikadırmı?...

 

C tip haradan çıxdı?

Kembricdən Dr. Peter Forster İngiltərədə testlərdən çıxanların 75 faizinin B tipi olduğunu göstərdi deyir. Eyni virus Almaniya, Fransa, Belçika və Niderlanda da hakimdir.

Virusun 3-cü tipi C isə B-nin mutasiyaya uğraması ilə ortaya çıxdı. O, Avropaya Sinqapur üzərindən yayılıb.

Alimlər fərqli populyasiyalarda immun sisteminin müqavimətini qırmaq üçün sürəkli olaraq mutasiyaya uğradıqlarını düşünürlər (Demək ki, niyə filan ölkədə belə dağıdıcıdır, filan ölkədə nisbətən zəif tərəddüdləri doğrulanmaq üzrədir - İ.N.).

Araşdırmaçılar 160 xəstənin örnəyi üzərində çalışdıqlarından yekun qərar üçün hələ tez olduğunu deyirlər. Ancaq qısa bir müddət ərzində önəmli bir məsafə qət edildiyini söyləyə bilərik, çünki daha 2 həftə əvvələ qədər virusun mutasiyaya uğrayıb uğramadığı da bilinmirdi.

 

Virusun yayılması müddəti ilə bağlı

PNAS (“Proceedings of the National Academy of Sciences”) jurnalı (ABŞ EA-nın orqanı) ilə Kembric araşdırmaları mutasiyanın 3 növünün bölgələrə görə ayırması üzərində müəyyən fikir ayrılığına sahibdirlər. Ancaq A növünün başlanğıcda Çində B növünə mutasiya olunması, C-nin isə Çin xaricində yaranması konspiroloqlar üçün yeni material yaradacaq.

Başqa sözlə, əgər bu elmi nəticələr tam təsdiqlənərsə virusun çıxış nöqtəsinin Çin olmadığı çıxacaq ortaya (Şok olaraq bunu nəzərdə tuturdum).

Və ən son, alimlər A tipinin sentyabr ayına qədər Çində dolaşacağını təxmin edirlər.

Sevindirici xəbər C-nin hələ ki, mutasiyaya uğramamasıdır…

 

2 şad xəbər

Birincisi “Oxford” univesitetindən professor Sara Gilbert (Sarah Gilbert) peyvəndin sentyabr ayına hazır ola biləcəyini söylədi (istinad “Times”). “Peyvəndin sentyabra hazır olacağına səksən faiz əminəm”, - S. Gilbert belə ümidlidir.

Sara Gilbert təkcə İngiltərənin deyil, peyvənd üzrə dünyanın ən önəmli alimlərindən biri sayılır. Peyvəndin hazır olması ilə onun 2 həftə ərzində insanlar üzərində test ediləcəyi bildirilir. İngilis hökuməti nəticə əldə kimi milyonlarla doz peyvəndin hazırlanmasını maliyyələşdirəcəyini bəyan etdi.

İngilis alimlərinin bu uğuru indiyə qədər söylənən "Ən tez 18 ay sonra" məsələsini kökündən çürüdür!...

İkincisi isə, Ümumdünya Səhiyyə Təşkilatı “Oxford” universiteti ilə ABŞ-ın “INOVIO” şirkəti ilə hazırladığı başqa bir peyvəndin heyvanlar üzərində sınaqlarına icazə verdi.

Bu xəbər də peyvəndin ehtimal ediləndən daha tez çıxacağına gözəl işarədir.

Sağlıqla qalın, Elmlə qalın!

 





11.04.2020    çap et  çap et