Vaxt.Az

TƏBİB-in tədbirlər planı


 

Azərbaycanda karantin rejimi yumşaldılır

TƏBİB-in tədbirlər planı “Bu gün Azərbaycanda görülən tədbirlər və tibb işçilərinin fədakarlığı nəticəsində sağalma faizi dünya ölkələri ilə müqayisədə yüksəkdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusdan sağalma 25 faiz təşkil edir: “İndiyədək koronavirusla bağlı 75397 test icra edilib. Ümumi ölüm hallarının sayı 13-dür. 6 nəfər süni tənəffüs cihazına qoşulmuş şəkildə müalicəsini davam etdirir”.

TƏBİB-in İdarə Heyətinin sədri onu da bildirib ki, karantin rejiminin sonlandırılması istiqamətində tədbirlər planı hazırlayırlar.

O bildirib ki, tədbirlərin tədricən yumşaldılması üçün işlər davam etdirilir: “Karantin rejimi bir sıra amillərə görə uzun müddət davam edə bilməz. Karantin rejiminin tədricən aradan qaldırılması çox vacibdir. Amma birdən-birə karantin rejiminin aradan qaldırılması mümkün deyil. Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər. Araşdırmaların nəticələri göstərir ki, karantin tədbirlərində laqeydliyə yol verilməməlidir. Bu müddət ərzində zəruri bütün addımlar atılıb, ancaq heç kim arxayınlaşmamalıdır. 20 apreldən nəzarət altında karantin rejimindən tədricən çıxmaqla bağlı müraciət edəcəyik. Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq".

 





20.04.2020    çap et  çap et