Vaxt.Az

Güneydə Qarabağ basqıları


 

İran təhlükəsizlik qüvvələri Azərbaycana dəstək aksiyasında azyaşlı uşağı döyüb

Güneydə Qarabağ basqıları Dünən Təbriz şəhərində Azərbaycan konsulluğu qarşısında keçirilən Azərbaycana dəstək aksiyasında az yaşlı qız İran təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Təbrizdəki aksiyadan yayılan şəkillərdə bu qızın Azərbaycan bayrağını götürdüyü göstərilir. Bəzi məlumatlarda, azyaşlı qızın saxlanılaraq döyüldüyü bildirilib.

İran hökumətinin təhlükəsizlik qüvvələrinin ciddi təzyiqlərinə baxmayaraq iyulun 16-da güney azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirib.

Təbrizdə dəstək aksiyası Azərbaycan Respublikasının konsulluğu qarşısında həyata keçirilib. Aksiyaçılar güney azərbaycanlıları “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.

Əldə edilən son məlumatlara əsasən, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 10-dan çox milli fəal saxlanılıb.

Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən yürüş zamanı tutuqlananlardan hələlik sadəcə Rəhim Sasaniyan, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasaniyan və Yasəmin Zəfərinin adları bəlli olub.

Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı aksiyada milli fəal Həmid Cabbarlının saxlandığı bildirilib.

Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.

Urmiya şəhəri sakini, güney azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar da Təhlükəsizlik idarəsinə çağırıldıqdan sonra həbs edilib.

 





18.07.2020    çap et  çap et