Vaxt.Az

«SOCAR petrol»un yanında bomba tapılıb


 

Gürcüstandakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında aptekə girən şəxs qayıdanda maşınında bomba qoyulduğunu görüb

«SOCAR petrol»un yanında bomba tapılıb Marneulinin mərkəzi meydanında şəxsi maşından bomba tapılıb. Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus «Mersedes» markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

Maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görüb polisə məlumat verib. AzərTac-ın verdiyi məlumata görə, hadisə yerini polis təxminən 5 saat müddətində mühasirədə saxlayıb və hərəkət dayanıb. 

Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilir. 

Həmin ərazidə «SOCAR»ın yanacaqdoldurma stansiyası, «Çay evi», supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.

Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işinin açıldığı və araşdırma aparılır.

 





03.03.2014    çap et  çap et