Vaxt.Az

12:00-da 1 dəqiqəlik sükut


 

Şəhidlərin xatirəsi yad edilib

12:00-da 1 dəqiqəlik sükut Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub. 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.
 





20.01.2022    çap et  çap et