Vaxt.Az

Dayanmaq bilmir


 

Şimali Koreyadan daha bir sınaq

Dayanmaq bilmir 2022-ci il girəndən bəri ard-arda hərbi təlimlərini aktivləşdirən Şimali Koreya Xalq Demokratik Respublikasının (ŞKXDR) növbəti addım atıb. Yonhap agentliyinin hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, ŞKXDR ordusunun bu gün səhər havaya qaldırdığı iki qanadlı raket ölkənin şərq sahillərinə düşüb. Bu barədə dövlət rəsmilər heç bir açıqlama verməyib.

Başda bölgə dövlətləri olmaq üzrə, beynəlxalq ictimaiyyətin etirazına məhəl qoymayan rəsmi Pxenyan ballistik və qanadlı raket sınaqlarını sürətləndirib. Belə ki, sonuncu ballistik raket sınaqları yanvarın 17-də baş tutmuşdu. Bununla belə qanadlı raket sınaqları BMT-nin Kim Çen In hökumətinə tətbiq etdiyi qadağalara daxil deyil.

 





25.01.2022    çap et  çap et