Vaxt.Az

Paşinyanın dili ilə əli düz gəlmir


 

Yaxud növbəti qonaq kim olacaq?

Paşinyanın dili ilə əli düz gəlmir Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır.

Yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir. Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiyası yaradılacaq. Komissiyadan xəbər-ətər varmı? Digər tərəfdən Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ probleminin” buna dəxli olmadığını, bu “məsələnin” ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “statusa” işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır.

Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur.

 





26.01.2022    çap et  çap et