Vaxt.Az

İranlı bloqçuya hökm oxundu


 

Tələbə qız 7 il müddətinə azadlıqdan məhrum edilib

İranlı bloqçuya hökm oxundu İranın Qəzvin şəhərindəki Beynəlxalq Universitetin tələbəsi, bloqçu Məryəm Şəfipur 7 il həbsə məhkum edilib.

Məryəm Şəfipur 2009-cu ildə prezidentliyə müxalif namizədlərdən olmuş Mehdi Kərrubinin seçki qərargahının üzvü olub. O, 2013-cü ilin avqustunda tutulub.

«Media forum» saytının məlumatına görə, Tehran məhkəməsi Məryəm Şəfipuru İran İslam Respublikasına qarşı təbliğat aparmaqda, qanunsuz saytlarla əməkdaşlıqda təqsirli bilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Məryəm Şəfipur həbsdə saxlandığı müddətdə fiziki və psixi təzyiqlərə məruz qalıb. Ailəsinin yaydığı məlumata görə, müstəntiqlər Məryəmdən yalançı etiraflar almaq üçün ona nə qədər təzyiq göstərsələr də, gənc bloqçu ona qarşı irəli sürülən ittihamları rədd edib.

 





03.03.2014    çap et  çap et