Vaxt.Az

Separatçılar niyə fəallaşıb?


 

Sülhməramlılar erməni silahlılarını görməzdən gəlir

Separatçılar niyə fəallaşıb? Son günlər erməni silahlıları birləşmələrinin istər Tərtərin Qapanlı kəndi yaxınlığında, istərsə də Kəlbəcər istiqamətində və Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan digər ərazilərdə yenidən aktivləşməsi yeni hərbi əməliyyatlar üçün zərurəti meydana çıxarır.

Milli.Az bununla bağlı Müdafiə və Strategiya jurnalı olan məşhur “M5”in Bakı mərkəzli Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi ekspert Ruslan İmamquliyevin fikirlərini öyrənib.

Polkovnik bildirib ki, Ermənistan özünə çəki-düzən verməzsə, bu dəfə onlar üçün daha betər nəticələnə bilər:

“Erməni terrorçularının Azərbaycanın daxili ərazilərində olsun, istərsə də Ermənistanla həmsərhəd olan bölgələrdə təxribatlar törətməsi onlarla yanaşı bu gün ərazilərimizdə Rusiya sülhməramlılarının üçtərəfli bəyanatdan irəli gələn işlərini düzgün təşkil etməməsi ilə bağlıdır. Yenə gündəmdə olan məsələ ikili standartlarla yanaşma, tərəftutma və bir növ ərazilərimizdə mövcud olan terrorist qüvvələrin təmizlənməsi və tərk edilməsini təmin etmək əvəzinə onları bir şəkildə dəstəkləmə yönümlü fəaliyyətlərini görməkdəyik.

Azərbaycan olaraq təhlükəsizliyimizi və ərazi bütövlüyümüzü təmin etmək adına silahlı qüvvələrimiz bütün istiqamətlərdə, həm daxildə, həm də sərhədlərimizin ötəsində gərəkli tədbirlər görməyə qadirdir və erməni təxribatları bu şəkildə davam edərsə, düşünürəm ki, tez bir zamanda Ali Baş Komandanımızın da iradəsi nəticəsində məlum olduğu istiqamətdə gərəkli bütün tədbirlər görüləcək”.

 





11.02.2022    çap et  çap et