Vaxt.Az

«Putin Hitleri təkrarlayır»


 

«İndi öz milyardların üçün bizimlə müharibə aparmaq istəyirsən?»

«Putin Hitleri təkrarlayır» Ukraynanın məşhur siyasi tok-şou aparıcısı Savik Şuster Rusiya Prezidenti Vladimir Putini yeni yüzilliyin Adolf Hitleri adlandırıb və fikrini əsaslandırıb. «Axar.az»ın məlumatına görə, o, bunu Putinin son zamanlar həyata keçirdiyi yanlış siyasəti ilə izah edib.

Keçmiş Ukrayna prezidenti Leonid Kravçukun da qatıldığı proqramda Şuster bildirib ki, həkimlər Hippokrata and içirlər və o, həmin fikirləri özünəməxsus şəkildə dəyişərək, jurnalistlərə də şamil edib. Özünün də müqəddəs jurnalistika peşəsinə dürüst şəkildə əməl edəcəyinə and içən Şuster əlavə edib ki, rusiyalı həmkarları da sadaladığı bəndlərə hörmətlə yanaşmalıdır.

Şusterin növbəti hədəfi Putin olub: «Deyirlər ki, biz müharibə ərəfəsindəyik. Xeyr, biz artıq müharibə içərisindəyik. Rusiyalı həmkarlarımdan tələb edir və and içmələrini istəyirəm ki, bu hoqqabazlıqlarına son qoysunlar. Hörmətli həmkarlarım, müharibəyə yol vermək olmaz. 1936-cı ilin Berlin Olimpiadası Adolf Hitlerin təntənəsi idi. Qorxmadan bu adı çəkmək istəyirəm - bəli, bu gün Vladimir Putin Avropanın Adolf Hitleridir. Bilirsiniz, Hitlerin köməkçiləri faşist ordularının Avstriyanı zəbt, Polşaya isə hücum çəkmək qərarında tələsməməyə çağırsalar da, Hitler bildirmişdi ki, yox, tələsmək lazımdı! Baxın, bu gün bunları Putin təkrarlayır. Mən sizə sual verirəm: Putin, Kiyevi almaq istəyirsiniz? Siz Ukraynanı zəbt etmək istəyirsiniz? Sonra nə? Hitler milyarder deyildi, amma sən miyardersən. Sən indi öz milyardların üçün bizimlə müharibə aparmaq istəyirsən? Deyirlər ki, Putin dönəmində yəhudilər Rusiyada yaxşı yaşayırlar... Nə danışırsınız? Axı bu, dəhşətdi! Putin özünü o həddə gətirib ki, bu planetdə heç kim tərəfindən qəbul olunmur. O, başlayıb gərgin hadisələrə, vəziyyətdən çıxış yollarını da Putin tapmalıdır. Necə? Deyə bilmərəm...»

Xatırladaq ki, Savik Şuster uzun illər Rusiya telekanallarında verilişlər aparıb.

 





03.03.2014    çap et  çap et