Vaxt.Az

Qeyri-neft sektorunda tarixi göstərici


 

İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb

Qeyri-neft sektorunda tarixi göstərici Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” sosial şəbəkəsindəki səhifəsində status paylaşıb. Naziri qeyd edib ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir.

Mikayıl Cabbarov paylaşdığı ikinci statusunda bildirir ki, 2021-ci ildə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə bağlı əldə edilən yüksək artım tempi xarici ticarət balansında müsbət dinamikaya səbəb olub. Ötən il bu göstərici 3,5 dəfə artaraq 10,5 milyard dollara çatıb.

 





14.02.2022    çap et  çap et