Vaxt.Az

İstefa ərizəsi sabah təqdim olunacaq


 

İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”

İstefa ərizəsi sabah təqdim olunacaq “Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”. Bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib. O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi:

“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb, onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək. Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək. 

AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram”.

 





18.02.2022    çap et  çap et