Vaxt.Az

AZAL Kiyevə uçuşları ləğv edib


 

Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir

AZAL Kiyevə uçuşları ləğv edib Azərbaycan Hava Yolları (AZAL) QSC-nin struktur bölməsi olan “Buta Airways” bugünki Bakı-Həştərxan reysini ləğv edib. Şirkətin sosial media hesabında açıqlanan məlumata görə, Rusiya cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyduğu üçün “Buta Airways” aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, Bakı-Həştərxan aviareysi ilə yanaşı, Kiyevə olan uçuşlar da dayandırılıb.

Bu gün Ukraynanın digər şəhərlərinə uçuşların olmadığını deyən qurum nümayəndəsi, istər Bakı-Həştərxan, istərsə də, Kiyevlə bağlı qərarın bu gün üçün nəzərdə tutulduğunu deyib.

Məlumatda o da, bildirilir ki, ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
 





24.02.2022    çap et  çap et