Vaxt.Az

Paşinyan Kremlin qəzəbinə tuş gəlir


 

Canlarının hayına qalan haylar Moskvadan xilas olmağa çalışır

Paşinyan Kremlin qəzəbinə tuş gəlir Ermənistan siyasətinin genetikasını mutasiyaya uğratmaq çətin məsələdir, çünki bu genlər sabitdir və praqmatik ideyalara qarşı düşmən mövqedədir.

Erməni siyasəti rudimentləşib, yəni heç bir işə yaramayan orqanı xatırladır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan rudimentə fəaliyyət funksiyası yükləməyə cəhdlər edir, bunun üçün Rusiya-Ukrayna müharibəsindən yararlanmağa çalışır.

Paşinyan müharibəni fürsət kimi dəyərləndirərək Rusiyaya qarşı formalaşan cəbhədə yer almağa can atır, təbii ki, ikibaşlı mövqe tutmaq xətti ilə.

Bu dəfə Paşinyan Fransaya səfər edib, o, fransalı həmkarı Emmanuel Makronla görüşəcək və “Ambisiyalar: Ermənistan-Fransa” forumuna qatılacaq.

Ancaq Rusiyanın başı Ukraynadakı müharibəyə qarışsa da, Paşinyanın dəstəsi ilə Fransaya getməsini də izləyir və yəqin ki, bunu İrəvanın Moskvaya növbəti xəyanəti kimi dəyərləndirir.

Ermənistanın “Hraparak” nəşrinin iddiasının da bu yöndə olması Ermənistanın yaranmış şəraitdən öz məqsədləri üçün istifadə edərək Rusiyaya qarşı cəbhədə dayanması üçün var-gəl etməsi arqumentini gücləndirir.

“Rusiyanın güc strukturları Ermənistanın hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinə münasibətdə özlərini necə ifadə etdiyini başa düşmək istəyir. Bunun üçün erməni mediasını fəal şəkildə izləyir və Ermənistanın dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir”, - deyə “Hraparak” yazır.

Kreml Ermənistandakı anti-rus əhval-ruhiyyəsindən narahatdır, bu mənada Paşinyanın da Fransaya səfərini İrəvanın Qərbə sığınması kimi xarakterizə edir.

Rusiya Ukrayna cəbhəsindəki gedişatlardan da qəzəblidir, bu mənada Paşinyanın ikili oyunlarına dözüm nümayiş etdirməyəcək.

Kreml Ermənistandan mütləq sədaqət tələb edən konsepsiyanı Paşinyanın masasının üzərinə qoya bilər və öhdəlik üçün birtərəfli şərtini irəli sürər. Paşinyan müqavimət göstərəcəyi təqdirdə isə, Rusiya İrəvandan hirsini pis çıxacaq.

Nikol Paşinyanın Fransadan dəstək alaraq Azərbaycana qarşı da fəaliyyət dairəsini bərpa etmək istəyir. Onun səfəri Makronun seçkiqabağı təşviqatı dövrünə təsadüf edir, yəqin ki, Paşinyan Fransadakı erməni icmasını Makronun lehinə yönəldən tezislərə sahibdir.

Bunun qarşılığında isə Fransadan hansısa qarşılıq gözləyir, lakin Fransa indi Ermənistanın canının hayına qalmaq niyyətində deyil.

Fransa artıq Cənubi Qafqazdakı reallıqları dərk edir və ən azından Azərbaycanın Avropanın enerji bazarlarındakı mühüm roluna görə Bakının yanında durmağa çalışır.

 





09.03.2022    çap et  çap et