Vaxt.Az

“Biz bunu edə bilmərik”


 

Zelenski: “Ukrayna Rusiyanın ultimatumunu yerinə yetirməz”

“Biz bunu edə bilmərik” Vladimir Zelenski Avropa KİV-lərinə müsahibəsində Rusiyanın ultimatumlarının Ukrayna üçün qəbuledilməz olduğunu bildirib. Ukrayna liderinin sözlərinə görə, onları yalnız Ukrayna məhv ediləcəyi təqdirdə qəbul etmək olar.

“Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Ukrayna Rusiya Federasiyasının ultimatumunu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Məsələn, Xarkov, Mariupol və ya Kiyevi vermək. Nə Xarkov, nə Mariupol, nə Kiyev sakinləri, nə də mən, prezident, biz bunu edə bilmərik”, - deyə Zelenski bildirib.

UNIAN xatırladır ki, daha əvvəl Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün bir sıra şərtlər irəli sürüb. Onların arasında Ukraynanın neytral statusu, Krımın Rusiya ərazisi kimi tanınması və “LXNR”nin müstəqilliyi var.


 





21.03.2022    çap et  çap et