Vaxt.Az

Azərbaycan İsrailə qarşı terror aktlarını pisləyir


 

XİN “Twitter” səhifəsində açıqlama paylaşdı

Azərbaycan İsrailə qarşı terror aktlarını pisləyir “Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”, Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində bildirir.

Martın 22-dən başlayaraq İsraildə 3 terror aktı törədilib. Sonuncu terror hadisəsi martın 29-da Bney Brak şəhərində qeydə alınıb. Terror aktları nəticəsində ondan çox insan həlak olub.

 





31.03.2022    çap et  çap et