Vaxt.Az

İstanbul anlaşması...


 

Ruslar danışığın nəticəsindən narazı, ukraynalılar isə əndişəlidir

İstanbul anlaşması...

İstanbul danışıqlarından ilk etapda Sülh çıxa bilməzdi.

Sülh Müqaviləsinə ehtimal da yox idi.

Çıxsa-çıxsa bir atəşkəs çıxa bilərdi.

Və ya ən azı danışıqlar davam edən müddətdə müvəqqəti atəşkəs.

Bu, humanitar koridorlar, yaralılar baxımından daha insani bir qərar olardı.

Nəticədə, Rusiya ilk etapda Kiyev və Çerniqovdan çəkiləcəyini bəyan etdi.

Bu qərar Rusiyada ciddi narazılıqlara, Ukraynada isə inamsızlıq və əndişəyə səbəb verdi.

Ruslar narazılıqlarına səbəb kimi -

- Kiyev və Çerniqovdan çəkilməyi xəyanət olaraq qiymətləndirdilər;

- Putinə inamlarının sarsıldığını, ondan belə addım gözləmədiyini dedilər;

- Hər məşəqqətə, hər çətinliyə dözüb, sona qədər gedəcəklərini bildirdilər.

Ukraynalıların isə əndişələrinə səbəb kimi -

- Ruslar vaxt qazanmaq üçün buna getdiyini;

- Güc toplayıb yekun hücuma keçəcəklərini,

- Kiyev və Çerniqovdan çəkilən hərbi birləşmələr Donbasa göndəriləcyini dedilər.

Ukrayna və Rusiya heyətləri arasındakı danışıqlar sabah da davam edəcək.

P.S.: Rusların gözü Erdoğanın artan reytinqini də götürmək istəmir. 

Qibtə edirlər.


 





29.03.2022    çap et  çap et