Vaxt.Az

““Şərlə mübarizə aparan”lar silahlandırılmalıdır”


 

Avstraliya Ukraynaya zirehli qoşun daşıyıcıları göndərəcək

““Şərlə mübarizə aparan”lar silahlandırılmalıdır” Vladimir Zelenskinin Avstraliya parlamentində çıxışı zamanı çox ehtiyac duyulan hərbi yardım tələbindən sonra cümə günü Avstraliya Ukraynaya zirehli maşınlar göndərəcəyini bildirib.

Zelenski cümə axşamı Ukraynadan videobağlantı vasitəsilə Avstraliyada qanunvericilərə deyib ki, “şərlə mübarizə aparan”lar silahlandırılmalıdır.

O, Avstraliyanı Viktoriyanın Bendiqo şəhərində Fransanın “Thales” şirkətinin istehsal etdiyi Buşmaster zirehli transportyorlarını göndərməyə çağırıb. Onlar 10-a qədər hərbçini münaqişə zonalarında təhlükəsiz şəkildə daşımaq üçün hazırlanıb. Onların geniş ballistik mühafizəsi və partlayıcı qurğuların partlamasını adi düz döşəmə ilə müqayisədə daha effektiv şəkildə dağıtmaq üçün nəzərdə tutulmuş V formalı döşəməsi var.

Müdafiə naziri Peter Datton cümə günü bildirib ki, Avstraliya rəsmiləri neçə avtomobilin və nə vaxt göndəriləcəyini təsdiqləməsələr də, tədarüklərin planlaşdırılması davam edir.

"Biz Buşmasterləri ehtiyac duyduqları sayda oraya necə çatdıracağımız üzərində işləyirik. Hətta nəhəng təyyarələrdən birində, yəqin ki, yalnız üç, bəlkə də dörd ədəd yerləşdirə bilərsiniz. Adətən biz onları gəmiyə mindirib göndəririk, amma məncə, bizim belə vaxtımız yoxdur. Biz bu istəyə çox, çox açığıq” – deyə, o bildirib.

Avstraliyanın baş naziri Skott Morrison “Rusiyanın Ukraynaya qəddar, qeyri-qanuni və əsassız işğalını” pisləyib.

Avstraliya artıq təxminən bir aydır Rusiya ilə müharibədə olan Ukraynaya raketlər və humanitar ləvazimatlar göndərib. Kanberra yüzlərlə rusiyalı siyasətçi, hərbi komandir və iş adamına qarşı sanksiya tətbiq edib. İndi isə Rusiya və Belarusdan idxala 35% rüsum tətbiq edəcək.

Morrison bu addımları “Avstraliyanın bir ölkəyə qarşı tətbiq etdiyi ən böyük sanksiyalar” adlandırıb.

 





02.04.2022    çap et  çap et