Vaxt.Az

40 rus diplomat Almaniyadan qovulur


 

Rəsmi Berlin və müttəfiqləri Rusiyaya qarşı növbəti addımlar üzərində işləyir

40 rus diplomat Almaniyadan qovulur Almaniyanın federal hökuməti 40 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Bu barədə məlumatı Almaniyanın xarici işlər naziri Annalena Berbok açıqlayıb. Almaniya XİN-in məlumatına görə bu ölkədə Rusiyanın 104 diplomatı akkreditə olunub.

Almaniya XİN-in bu barədə bəyanatında deyilir: “Buçadan görüntülər Rusiya rəhbərliyi və onların təbliğatına əməl edənlərin törətdikləri qəddarlığı nümayiş etdirir. Buna görə də Almaniyanın federal hökuməti Rusiya səfirlyinin əhəmiyyətli sayda əməkdaşının arzuolunmaz şəxs elan edilməsi qərarına gəlib. Bu adamlar burada Almaniyada bizim azadlığımıza, cəmiyyətimizin birliyinə qarşı hər gün fəaliyyət göstəriblər”.

Bəyanatda deyilir ki, rəsmi Berlin müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı növbəti addımlar üzərində işləyir: “Biz Rusiya üzərinə mövcud sanksiyaları daha da sərtləşdirəcək, Ukrayna silahlı qüvvələrinə dəstəyimizi qətiyyətlə artıracaq və NATO-nun şərq cinahını möhkəmləndirəcəyik”.

Bu arada iki Baltik ölkəsi Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini endirib.

Bu barədə məlumatı aprelin 4-də Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis verib.

O bildirib ki, Rusiya səfirinə öz ölkəsinə qayıtması tövsiyə edilib.

Məlumatda deyilir ki, Rusiyanın Klaypedadakı konsulluğu bağlanacaq, Litvanın Moskvadakı səfiri geri çağırılacaq.

 





04.04.2022    çap et  çap et