Vaxt.Az

Sıradakı gəlsin ...


 

... Yaxud böyük güclərin növbəli hərbi müdaxilələri

Sıradakı gəlsin ... 1965-ci il - ABŞ Vyetnam müharibəsinə başladı, 8-ci ilində məğlubiyyətə düçar oldu, 10-cu ilində məğlubiyyəti rəsmiləşdi. Hətta Şimali Vyetnam cənubu özünə birləşdirdi.

1979-cu il, SSRİ Əfqanıstan müharibəsinə başladı, 10 ildən sonra məğlub oldu, 

SSRİ dağılma ərəfəsində münaqişə ocaqları yaratdı, qırmızı imperiyanın varisi Rusiya bu günə qədər əlini onlarla gücləndirməyə çalışır.

1991-ci il, ABŞ Küveyti işğal edən İraqı geri oturtdu.

Daha sonra, Rusiyada Çeçenistan müharibəsi başladı, daxili müharibədə Rusiya Çeçenistanı ram edə bildi.

Həmin zamanlar ABŞ başqa ölkələrə hərbi müdaxilə üçün resurslarını topladı, zaman qazandı, müdaxilə təcrübəsini 2001-ci ildə yenidən tətbiq etdi. Bu dəfə Əfqanıstan onun hədəfində idi.

Ardınca 2003-cü ildə İraqa müdaxilə etdi.

Rusiya 2008-ci ildə Gürcüstana hərbi müdaxilə həyata keçirdi.

ABŞ 2011-ci ildə “Ərəb baharı” layihəsinə başladı, Suriya və Liviyadakı sonrakı proseslərə Rusiya, Türkiyə də qoşuldu.

2014-cü ildə Rusiya Krımı ilhaq etdi.

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum əməliyyatına start verdi.

Yəni, sanki güclər növbəli şəkildə bir-birinin gücünü sınaqdan keçirirlər.

Ukraynadan sonra növbə ABŞ-dadır. Görəsən o, hansı ölkəyə girəcək?

Bütün bu qlobal teatrda iki güc incəliklə özünü qoruyub: Britaniya və Çin.

Düzdür, Britaniya NATO üzvü kimi Əfqanıstan və İraq müharibəsində müttəfiqi ABŞ-a yardım edib.

Ancaq bu xətt onu incə xətdən kənara çıxarmayıb.

 





08.04.2022    çap et  çap et