Vaxt.Az

Qərb münaqişəni bitmiş hesab edir


 

Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”

Qərb münaqişəni bitmiş hesab edir Əlahəzrət zaman əvvəl-axır haqqın yolunu açır. Haqsız erməni tərəfin, Qarabağ işğalına illərcə özünün susqunluq, süründürməçiliyi ilə dəstək verən ATƏT-in Minsk Qrupu kimi son ümidi də, məhv oldu. Bu Qrup elə özü, öz içindən dağıldı.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün, erməni həmkarı Ararat Mirzoyanla Moskvadakı görüşdən sonra keçirdiyi brifinqdə bu barədə təəssüfünü bildirərək açıqlama verib: “ATƏT-in Minsk Qrupunu digər ABŞ və Fransalı həmsədrlər ləğv etdilər. Səbəbi, onların Rusiya ilə belə formatdakı əməkdaşlıqdan imtinasıdır”.

S.Lavrov bu Minsk Qrupun sonrakı taleyinə də şübhə ilə yanaşıb: “Bu haqda artıq, heç nə deyə bilmərəm, bu qərarı ABŞ və Fransa tərəfi verdi”. Ancaq, S. Lavrov onu qeyd edib ki, Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşıb, sülhlə qaydaya düşməsinə tərəfdar olaraq qalır.

ATƏT-in Minsk Qrupunun bu, gözlənilməz ləğvi separatçı ermənilər, “Artsaxa status!” bəhanəsi ilə Azərbaycana başağrısı gətirmək istəyən rəzil  qüvvələr üçün ağır zərbə oldu. Çünki, ermənilər üçün “status” söhbətini ortaya atmaq istəyəcək yeganə beynəlxalq ümid bu, Minsk Qrupuna idi.

Aydın olur ki, Qərb, ABŞ və Fransa Ermənistanı, erməniləri, onların “Artsaxın statusu” istəklərini kənara qoymaqla, Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan Minsk Qrupunu ləğv edib. Bununla, həmin münaqişəni bitmiş hesab edib.

İndiki, müasir dünyada ərazi bütövlüyünün həlli 3 şərtlə: beynəlxalq hüquq, siyasi-diplomatik və əgər bunlar da işləməsə, hərbi yolla təmin edilir. Bu 3 şərtin 3-nə də Azərbaycan malik və qadirdir.  Ermənilər boş iddiaları buraxıb sülhə gəlməlidir.

 





08.04.2022    çap et  çap et