Vaxt.Az

Rusiya hər tərəfdən sıxılır


 

ABŞ-dan sonra daha sarsıdıcı zərbə Avropa İttifaqından gəldi

Rusiya hər tərəfdən sıxılır Total sanksiya və embarqolar altında inildəyən Rusiyanın bütün ümidləri Çin və Hindistana idi. Bu yaxında Bayden Çin liderinə telefonda ultimativ bir şəkildə “qulaqburması” verdi.

Şi Cinpinq ruslara görə Sem dayı ilə arasını pozmaq istəmədi.

Rusiyanın son ümidi Hindistana nefti Rupi ilə satırdı, həm də su qiymətinə (Rusun nə vəziyyətə düşdüyünə baxın).

Bunun üstünə Ağ Ev hərəkətə keçdi. Bayden Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini hind əsilli Dalip Sinkxi (Daleep Singh) atalarının torpaqları olan Hindistana göndərdi.

O, Hindistan xariciyyəsində konstruktiv və uğurlu danışıqlar apardı. O qədər uğurlu ki, Vaşinqtona qayıdan kimi Hindistan nöqtəni qoydu.

Ölkənin Xarici işlər naziri S.Caişankar belə bir bəyənat verdi: “Hindistan Ukrayna müharibəsində (xüsusi əməliyyat deyil, müharibə – İ.N.) Xeyirin (Şərin deyil – İ.N.) yanındadır”.

Dalip əjdahadır, oxuduğu ali məktəblərə bir baxın – “Duke University”, “Massachusetts Institute of Technology”, “Harvard” universiteti.

***

Avropa Komissiyası “Aeroflot”, “Rossiya”, “Pobeda”, “UTair” başda olmaqla Rusiyanın 21 aviaşirkətini qara siyahıya saldı. Səbəb olaraq beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədikləri göstərilib.

Bu qərarla Rusiya sahibləri xaricilər olan təyyarələri yenidən qeydiyyatdan keçirməli və yeni uçuşa yararlılıq sertifikatları almalıdır. Bir sözlə, rus şirkətləri Avropa hava sahəsində uça bilməyəcəklər artıq...

Rusiyanın Dünyadan təcridi sürətlə davam edir.

***

Dünya Bankına (DB) görə 2022-ci ildə Rusiyanın ÜDM-i 11,2% azalacaq. Ukrayna iqtisadiyyatının 2022-ci ildə 45,1 faiz düşməsi təxmin edilir.

DB-nin Rusiya üçün proqnozları:

investisiyalar 16,9 faiz azalacaq,

mal və xidmətlərin ixracı 30,9 faiz azalacaq,

mal və xidmətlərin idxalı 35,2 faiz azalacaq,

inflyasiya 22 faiz olacaq,

Yoxsulluq həddində olan insanların xüsusi çəkisi 11 faizdən 12,8 faizə yüksələcək.

 





12.04.2022    çap et  çap et