Vaxt.Az

“Ukrayna Ordusunu qələbəyə aparan adam”


 

Ruslar ona nifrət edirlər

“Ukrayna Ordusunu qələbəyə aparan adam” Bu adamı yəqin ki, tanımırsınız. Çünki “publik” şəxs deyil. İkinci planda sakitcə öz işini görür.

Generaldır. General epoletlərini də təzəcə taxıb – 2022-də. O, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanıdır. Ali Baş Komandan Zelenski onu bu vəzifəyə keçən ilin iyulunda təyin edib.

Valeriy Zalujnıy (ukr. Валерій Залужний) Ukraynanın Rusiyada hərbi təhsil almamış ilk Baş komandanıdır.

Odessa piyada və Kiyev zenit-raket hərbi məktəblərindən məzundur. 48 yaşı var.

Bir telekanala müsahibəsində “9 mayda Qızıl Meydandakı paradda tank sürmək, tankın üstündə sarı-mavi bayrağımızı dalğalandırmaq istəyirəm” demişdi.

Ruslar ona nifrət edirlər. Qızıl Meydanda tank sürmə xəyalına görə yox. 45 gündür Ordusunu şahlandırdığına görə.

Ruslar ona nifrət edirlər. Məncə, bir də Haluk Bayraktarla noyabr 2021-dəki görüşünə görə. Haluk və Selçuk Bayraktar haqqında heyranlıqla danışdığına görə…

ABŞ-ın “The Politico” dərgisi onu belə adlandırmışdı – “Ukrayna Ordusunu qələbəyə aparan adam”.

 





11.04.2022    çap et  çap et