Vaxt.Az

Makron yanlışını təkrarlamasa ...


 

... İki ölkə arasındakı münasibətlərdə buzlar əriyə bilər

Makron yanlışını təkrarlamasa ... Fransada prezident kim olursa-olsun ermənilərə simpatiya bəsləyəcək. Misal üçün Fransanın keçmiş prezidenti Nikola Sarkozi Makrondan fərqli olaraq Azərbaycana bir neçə dəfə səfər etmiş, Azərbaycanla əlaqələrin əhəmiyyətindən danışrdı. Ancaq o belə ermənilərə simpatiyasını gizlətmir, “ermənilər bizim kiçik bacımızdır” ifadəsini səsləndirirdi. Prezident seçkisində ikinci tura keçən Emmanuel Makronun sağçı Li Pen üzərində qələbə çalmaq ehtimalı yüksəkdir. Ötən dəfə də belə olmuşdu. Çünki seçkidə üçüncü sırada qərarlaşan Melanşon tərəfdarlarını Li Penin əleyhinə səs verməyə çağırıb. Bu isə onu tərəfdarlarının əksər hissəsinin Makrona səs verəcəyi anlamına gəlir.

Makron erməni sevgisini İkinci Qarabağ müharibəsində kifayət qədər nümayiş etdirdi. O prezidentliyi dövründə Azərbaycana səfər etmədi. Ancaq müharibədən aylar sonra müşavirləri Makrona anlatdılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Makron Azərbaycana yönəlik xarici siyasətini bir qədər korrektə etməyə məcbur qaldı. Fransanın bir qrup şirkətinin təmsilçisinin bugünlərdə Azərbaycana gəlişi, investisiya imkanlarını öyrənməsi, hətta Qarabağın azad olunmuş bölgələrində çalışma imkanları iki ölkə arasındakı münasibətlərdə buzları əridə bilər, yetər ki, Makron ikinci dəfə prezident seçildikdən sonra əvvəlki yanlışını təkrarlamasın...

 





12.04.2022    çap et  çap et