Vaxt.Az

Mərkəzi banka yeni sədr təyin olundu


 

Taleh Kazımovun dosyesi...

Mərkəzi banka yeni sədr təyin olundu Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev bu gün (aprelin 13-də) sərəncam imzalayıb.

Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda doğulub.

Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsində alıb.

2004–2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə o, “PAŞA Bank”ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub. 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.

Taleh Kazımov bu ilin aprelin 12-də Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib.

Ailəlidir, iki övladı var.

O, bu postda Elman Rüstəmovu əvəz edəcək. E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri idi. O, bu gün Azərbaycan Prezidentinin imzaladığı başqa bir sərəncamla baş nazirin müşaviri təyin edilib.

 





13.04.2022    çap et  çap et