Vaxt.Az

Hündürmərtəbəli binada qorxulu anlar


 

Yanğın sakinlərin təxliyəsinə səbəb oldu

Hündürmərtəbəli binada qorxulu anlar Bakı şəhərində hündürmərtəbəli yaşayış binasında yanğın baş verib. FHN-nin rəsmi saytında yer alan məlumata görə, Xətai rayonunda yerləşən binanın 6-17-ci mərtəbələr arası şaxta boyu kabellər 33 p.m 6 ədəd elektrik sayğacı və vətəndaşa məxsus ümumi sahəsi 173 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv. m sahədə əşyalar yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər və digər mərtəbələrdəki elektrik kabel və sayğaclar yanğından mühafizə olunub.

 





09.06.2013    çap et  çap et