Vaxt.Az

Boris Consonun Rusiyaya girişi qadağan edildi


 

Kremlin “Persona-non-grata” siyahısı yaxında genişləndirəcək

Boris Consonun Rusiyaya girişi qadağan edildi Rusiyanın xarici işlər nazirliyi şənbə günü Britaniya Baş Naziri Boris Conson, xarici işlər naziri Liz Trass, müdafiə naziri Ben Vallas və Britaniyanın 10 digər hökumət üzvü və siyasətçisinin ölkəyə girişini qadağan etdiyini bildirib.

Nazirlik bəyanatında bildirib ki, bu addım “Britaniya hökumətinin görünməmiş düşmənlik hərəkətini, xüsusilə də Rusiyanın yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyaların tətbiqini nəzərə alınaraq” atılıb və əlavə edib ki, yaxında bu siyahını genişləndirəcək.

Kreml Ukraynanın ən sadiq dəstəkçilərindən biri olan Consonu “Rusiya əleyhdarı olmaq yarışının ən fəal iştirakçısı” kimi təsvir edib.

Conson bir həftə öncə Kiyevi ziyarət edib. Orada o, Ukrayna Prezidenti Vladimir Zelenski bir-birilərini Moskvanın “xüsusi əməliyyat” adlandırdığı Rusiyanın hərbi müdaxiləsindən bəri əməkdaşlıqlarına görə tərifləyiblər.

“Birləşmiş Krallıq və bizim beynəlxalq tərəfdaşlarımız Rusiya hökumətinin Ukraynadakı qınağa layiq əməllərini pisləyir və Kremli müharibəni dayandırmağa çağırır”, Britaniyan hökumətinin sözçüsü Moskvanın Conson və başqa britaniyalı siyasətçilərə qadağa qoymaq qərarına cavab olaraq deyib.

“Biz Ukraynaya dəstəyimizi qətiyyətlə davam etdiririk,” sözçü əlavə edib.

 





16.04.2022    çap et  çap et